A24 Xeber

Türk ordusu vacib strateji nöqtələri ələ keçirdi – terrorçu qalmadı

Türk ordusu vacib strateji nöqtələri ələ keçirdi – terrorçu qalmadı
332
31 Yanvar 2018 - 17:39

Mehmetçik Afrində daha bir zirvəni fəth edib.

A24.az xəbər verir ki, Türk Silahları Qüvvələri və Azad Suriya Ordusu “Zeytun budağı” əməliyyatı ilə Afrinin şimalında Kurni dağlarının ən yüksək zirvəsini terroristlərdən təmizləyib.

Zeytun budağı əməliyyatının 12-ci günündə Afrinin beş ayrı hissəsində 19-u kənd, biri kənd yaxınlığındakı yaşayış yeri və 6 strateji dağ və ya təpə olmaqla 26 nöqtə terror təşkilatdan təmizlənib.

Bu gün Türkiyə sərhədinə yaxın Bülbül mahalı mərkəzinin şərq hissəsində kəndlərin ələ keçirilməsi ilə terror təşkilatının Afrinin şimalına uzanan strateji yolları kəsilib. TSQ və ASO qüvvələri səhər saatlarında Bülbül mahalının mərkəzi ətrafında başlatdıqları əməliyyat nəticəsində Kurni dağlarının ən yüksək zirvəsini terrorçulardan təmizləyib.

Qeyd edək ki, daha öncə terorçulardan təmizlənmiş Burseya dağı kimi, Kurni dağları da Afrində strateji mövqedə yerləşir.

A24.az

 

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00