Türk Ordusunda yeni dövr: Hərbi geyimləri dəyişir - VİDEO

Türk Ordusunda yeni dövr: Hərbi geyimləri dəyişir – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə prezidenti Ərdoğan və komandirlər tərəfindən hazırlanan yeni hərbi geyim iyul ayına kimi bütün hərbi hissələrə paylanılacaq.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, “Zeytun budağı” əməliyyatının əvvəlində Baş Qərargah rəisi Hulusi Akar və Ərdoğanın Hataydakı Türk Silahlı Qüvvələrinə ziyarəti zamanı əyinlərinə geyindikləri hərbi geyim Mehmetçikin yeni forması olaraq müəyyənləşib.

Hərbi geyimdəki yeni dəyişiklik TSQ-yə sızan FETÖ üzvlərinin 15 iyul 2016-cı ildə buraxdıqları pis izləri aradan götürmək üçün qəbul edilib.

Hərbi geyimin hazılanmasına Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın əmri əsasında 2016-cı ildə başlanılıb. Nano texnologiya ilə hazırlanan, əsgərlərin görünməsinə mane olan, ultrabənövşəyi şüalardan qoruyan və yuyulduğu zaman əvvəlki geyimlərlə müqayisədə 8 dəfə tez quruyan parçalardan hazırlanan hərbi geyimlərin yeni dizaynında ən böyük fərq rütbənin qeyd edildiyi yerdir. Adətən çiyinlərdə göstərilən rütbələr Ordu generalı Hulusi Akarın geyindiyi geyimdə yaxanın sağ hissəsində yer aldığı müşahidə edilib. Rütbənin qeyd edildiyi yerin daha kiçik hissəsində isə soyad və qan qrupu qeyd edilib. Hərbi nişanlar isə əvvəlki yerində qalıb.

Pilot tətbiqdən sonra hərbi geyimin yaxasında yer alan rütbələrin yeri yenidən çiyinlərə dəyişdirilib. 15 iyul 2016-ci ildə FETÖ-nün gerçəkləşdirmək istədiyi dövlət çevrilişindən sonra hərbi geyimlərin rəng tonlarında da dəyişikliyə qərar verilib.

Dəyişiklikdən sonra türk əsgəri ilk dəfə “Zeytun budağı” əməliyyatında dəyişiklik olunmuş hərbi geyimləri geyinib. Hətta Hava Qüvvələrinin geyindiyi hərbi geyimlərdə də dəyişikliyin olduğu diqqət çəkib.

Artıq yeni hərbi geyimlərin kütləvi istehsalına başlanılıb. Uniformaların iyul ayına qədər bütün hərbi hissələrə göndərilməsi və mehmetçik tərəfindən geyinilməsi təmin ediləcək.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Foto xəbər, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar