Türk ordusunun Afrində məhv etdiyi terrorçuların sayı 965 nəfərə çatıb

Türk ordusunun Afrində məhv etdiyi terrorçuların sayı 965 nəfərə çatıb
Want create site? Find Free WordPress Themes and plugins.

 Türkiyə ordusunun Suriyanın Afrin şəhərində aparılan “Zeytun budağı” əməliyyatı çərçivəsində məhv etdiyi yaraqlıların sayı 965 nəfərə çatıb.

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə başçısı Rəcəb Tayyib Ərdoğan Vatikana getməzdən əvvəl keçirdiyi mətbuat konfransında bildirib.

Prezidentin sözlərinə görə, Türkiyə Hərbi Qüvvələri də itki verib. “Sözsüz ki, terrorizmlə mübarizədə itkilər də mümkündür. Ancaq unutmaq lazım deyil ki, qorxaqlar qələbənin nə olduğunu bilmirlər”, – deyə Ərdoğan vurğulayıb.

Türkiyə lideri diqqəti Suriyanın şimal-qərbində tankın ekipaj üzvlərinin həlak olmasına cəlb edib. Prezidentin sözlərinə görə, Ankara beş hərbi qulluqçunun həlak olması şəraitini araşdırır. Hazırda tankın vurulduğu silahın hansı ölkənin istehsalı olması müəyyənləşdirilir.

A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar