Türk ordusunun yeni hədəfi Baflun dağı – "Zeytun budağı" 12-ci günündə...

Türk ordusunun yeni hədəfi Baflun dağı – “Zeytun budağı” 12-ci günündə…
Want create site? Find Free WordPress Themes and plugins.

Türk ordusu və mehmetçik PYD/PKK-lı terrorçulardan təmizlənən Burseya Dağında müdafiə sədləri yaradıb və dağda quraşdırılan partlayıcı qurğuları təmizləməyə başlayıb.

“A24.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusunun “Zeytun budağı” hərəkatındakı sonrakı hədəfi Baflun dağı və Meydanki Baraji bölgəsidir.

Burseya dağı və Afrinin qərbindən bir qədər hündürlükdəki təpədə nəzarətin tamamilə təmin edilməsindən sonra, bəzi terrorçular qaçmağa nail olub. Qaçmağa cəhd edən terrorçuların 5-i mehmetçik tərəfindən öldürülüb. Strateji əhəmiyyətli təpə ələ keçirildikdən sonra əməliyyatın qərb hissəsində böyük uğur qazanılıb. “Zeytun budağı” əməliyyatının artıq sonrakı hədəfi Baflun dağı və Meydanki Barajı bölgəsidir.

Xatırladaq ki, yanvarın 30-u “Zeytun budağı” hərəkatının 11-ci günündə TSQ və ASO Afrinin qərbindəki Racuda olan kəndlərdə əməliyyat başlatdı. Əməliyyat zamanı 2 kənd PYD/PKK terrorçularının zülmündən xilas edilib. Beləliklə hərəkatın geridə qalan 11 günündə Afrinin 5 diyarında 17-si kənd, biri kənd-qəsəbə və 5-i strateji əhəmiyyətli təpə olmaqla 23 məntəqə terror təşkilatlarından təmizlənib.

Azezdə qüvvələr gücləndirildi…

Bundan başqa Kilisin Öncüpınar Sərhəd keçid məntəqəsindən Suriyanın Azez bölgəsinə yeni hərbi vasitələr yerləşdirilib.

Qeyd edək ki, Türk Silahlı Qüvvələri “Zeytun budağı” əməliyyatı çərçivəsində 649 terrorçu zərərsizləşdirilib. 11 günlük müddət ərzində sadəcə ölkə xaricində deyil, daxilində də terrorçular təmizlənib.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar