Türk Silahlı Qüvvələrdən açıqlama: Öldürülən terrorçuların sayı 1715

Türk Silahlı Qüvvələrdən açıqlama: Öldürülən terrorçuların sayı 1715
Want create site? Find Free WordPress Themes and plugins.

Türk Silahlı Qüvvələri “Zeytun budağı” əməliyyatının başlandığı gündən bu yana öldürülən terrorçuların sayının 1715 nəfər olduğunu açıqlayıb.

“A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, əməliyyatın 32-ci günündə TSQ və ASO Afrinin qərbində birgə əməliyyatlarını davam etdirir.

Əməliyyat zamanı Afrinin qərbində yerləşən Racunun Hantalli kəndi ilə, cənub-qərbindəki Cinderesin Divan Tahtani kəndi, baza olara istifadə edilən Beyyada məntəqəsi, Kila təpəsi və Sattuf kənd-qəsəbəsi YPG/PKK-İŞİD terrorçularından alınıb.

Həmçinin Racuda Derviş Obası bölgəsində snayperçi olduqları bildirilən iki PYD/PKK-lı terrorçular da öldürülüb. Şeyx Hadiddə yerləşən Bilal kəndində iki terrorçu, Cinderesdə 4 terrorçu məhv edilib. Yerdə qalan bəzi terrorçular hərbi təyyarələr vasitəsiylə məhv edilib.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar