A24 Xeber

Türk Silahlı Qüvvələri bölgəni mühasirəyə aldı – İran “boşaldırıq” dedi

Türk Silahlı Qüvvələri bölgəni mühasirəyə aldı – İran “boşaldırıq” dedi
163
03 İyun 2018 - 10:55

Türkiyə sərhəddindən Ərbilə doğru 20 km irəliləyən mehmetçik Şimali İraqdakı Kalareş, Sidekam, Bermize və Bardost bölgələrində nəzarəti ələ keçirib.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, Barazgir vadisinə daxil olan qüvvələr 3 yerdən Kandili mühasirəyə alıb. Beləliklə, TSQ-nin İraqın şimalında PKK terror təşkilatına qarşı başlatdığı əməliyyat nəticəsində terrorçular Kandildə sıxışaraq qalıb.

Bundan başqa İranın PKK-lıların sərhəddi keçməsinə izin verməyəcəkləri ilə bağlı verdiyi açıqlama terrorçuların Kandildə sıxışaraq almasına səbəb olub. Belə ki, ötən günlərin birində açıqlama verən İranın Baş Qərargahı Kandilin İran sərhədləri daxilində olan Temerçin, Köhnelacan, Kızkapan, Badinabad, Nemnece kimi kəndlərin terrorçulardan boşaldılacağını bildirib.

Türk Silahlı Qüvvələrinin Kandildə böyük bir əməliyyat hazırlığında olduğu deyilir. TSQ-nin Kandildə həyata keçirəcəyi əməliyyata İrandan dəstək gəlməsi PYD və PJAK qruplaşmalarını təşvişə salıb.

Lakin TSQ-nin Hale, Afrin və Münbiçdə PKK-ya qarşı sərgilədiyi qərarlılıq və əməliyyatlardan sonra ABŞ-ı hərəkətə keçirib. Türkiyə ilə İran arasındakı anlaşmadan sonra ABŞ birlikləri Sincar bölgəsində yerləşdirilib. PKK-nın Sincar üzərindən təmin edilməsi ABŞ-ın yeni hədəfi olduğu qeyd edilir.

A24.az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00