Türk Silahlı Qüvvələrindən Afrin açıqlaması – “Zeytun budağı” 25-ci günündə...

Türk Silahlı Qüvvələrindən Afrin açıqlaması – “Zeytun budağı” 25-ci günündə…
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin Afrində başlatdığı “Zeytun budağı” əməliyyatında bu günə qədər 31 əsgərin şəhid olduğu və 143-nün yaralandığı bildirilib.

“A24.az” xəbər verir ki, Türk Silahlı Qüvvələri əməliyyatın başladığı  gündən bu yana təyyarə ilə 627 hədəfi məhv edildiyini, terror təşkilatının 1369 üzvünün zərərsizləşdirildiyini açıqlanıb.

3-11 fevral tarixlərində PKK/KCK terror təşkilatlarının sığınacaq kimi istifadə etdiyi Diyabakır və Hatay, İraqın şimalında həyata keçirilən orta və kiçik əməliyyatlar fasiləsiz davam etdirilib. 16 terrorçunun zərərsizləşdirildiyi əməliyyatda müxtəlif tipli silah-sursat da ələ keçirilib.

Həmçinin əməliyyat zamanı terrorçuların maddi qayaqları olan narkotik qaçaqçılığına da ziyan vurulub, çoxlu sayda narkotik maddə ələ keçirilib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar