Türk siyasətçi Azərbaycan haqda: “Qadınları Fransa havasındadır” – VİDEO

Türk siyasətçi Azərbaycan haqda: “Qadınları Fransa havasındadır” – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin “Ulusal” kanalında yayımlanan “Emek dünyası”  verilişində müzakirə mövzusu Azərbaycanda həyata keçirilən məşğulluq dairələri olub. 

“A24.az” xəbər verir ki, mövzu ətrafında daha çox Girme Amerika Universiteti Hüquq fakultəsinin müəllimi Dr.Engin Ünsal danışıb. Türkiyə ilə Azərbaycanda mövcud olan iş həyatını dəyərləndirən, müqayisə edən Engin Ünsal “Bakıda 3 gün qaldıq, çox vaxtımız olmadı. Təbii ki, 3 gün ərzində ölkənin sosial, siyasi və iqtisadi rentgenini çəkmək mümkün deyil, lakin xarici görünüşü ilə birlikdə Bakı-Azərbaycan bizdən çox irəlidədir” fikirlərini səsləndirib:

“Hələ görüntü baxımdan bizdən çox inkişaf ediblər. Küçələrində bir dənə hicablı, çarşablı qadın, bir dənə saqqallı adam yoxdur. Bütün insanları müasir, qadınları Fransa havasındadırlar. Yəni şəhər həyatında demək olar ki, çox inkişaf ediblər. Şəhər özü də çox möhtəşəmdir. Qətiyyən xalqı boğacaq ətraf mühit yoxdur”.

Daha sonra Engin Ünsal iki ölkə arasındakı məşğulluq dairələrinin iş prinsipini müqayisə edərkən “Türkiyədə məşğulluq dairələri Azərbaycanla müqayisə ediləcək dərəcədə deyil. Təəssüflər olsun ki, bizdə işsizlik üzrə məşğulluq dairələri səfalət içərisindədir” deyə qeyd edib.

“A24.az” Türkiyə mediasında yayımlanan videogörüntünü təqdim edir:

A24.az / MTM

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar