A24 Xeber

Türk siyasətçi müsəlman ölkələri yıxdı-sürüdü – Azərbaycanı isə belə təriflədi – VİDEO

Türk siyasətçi müsəlman ölkələri yıxdı-sürüdü – Azərbaycanı isə belə təriflədi – VİDEO
240
29 Yanvar 2018 - 14:57

Türkiyədə kanallarından birində qonaq olan siyasətçi Yaşar Okuyan müsəlman ölkələrinə qarşı üsyan edib.

“A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, siyasətçi Afrin əməliyyatı ilə bağlı Türkiyəyə dəstək olmayan ölkələri tənqid atəşinə tutub.

O bildirib ki, bu vəziyyətdə Türkiyəni dəstəkləməyən ən çox elə müsəlman ölkələridir. Lakin Azərbaycanın adını çəkərək AŞ PA-da Türkiyəyə dəstək olan millət vəkilimizin çıxışını həmin ölkələrə örnək göstərib:

“Ərəb, ərəb alimi, müsəlman ölkələr deyirik. Biri dəstək çıxdımı? Hardadır o, Səudiyyə Ərəbistanı və sair? Hanı o müsəlman ölkələr? Tam əksinə, müsəlman birliyi Afrində PYD-yə dəstək verən məlumatlar yayımlayır. Amma mənim millətimin qanını daşıyan Azərbaycanın AŞ PA-a çıxan qadın millət vəkili “Türkiyənin yanındayıq, can Azərbaycan olaraq da üzərimizə düşən xidməti yerinə yetirməkdə hər an bütün Azərbaycan xalqı olaraq Türkiyənin yanındayıq” deyir. Belə danışan birisi varmı? Bilirsiniz niyə yoxdur? Çünki həmin ölkələrin idarəçiləri Allaha qul deyil, onlar Amerikaya, Vaşinqtona quldurlar. Endirilmişə deyil, uydurulmuş dinin ordakı versiyalarıdır”.

“A24.az” Türkiyə mediasında yayımlanan videogörüntünü təqim edir:

A24.az / MTM

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00