Türk siyasətçidən ŞOK açıqlama: "Bizə" azəriləri satacaqsınız" deyirlər" - VİDEO

Türk siyasətçidən ŞOK açıqlama: “Bizə” azəriləri satacaqsınız” deyirlər” – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin “Akit” TV kanalında yayımlanan verilişdə politoloqun Azərbaycanla bağlı ölkəsinin qarşısına qoyulan tələb haqqında söylədikləri diqqət çəkib.

“A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, siyasətçi Mustafa Özcan canlı yayımda aparıcının sualını cavablandırıb. Aparıcının sual isə belə olub: “Qətər, Pakistan, İndoneziya, Malayziya, Azərbaycan bizim yanımızda durmağa çalışır. Bizdən sonra sıra bunlara gələcəkmi? Onları da bir az silkələdilər…”

Politoloq Mustafa Özcan isə Türkiyənin bu ölkələrlə güclü bağ qurduğunu, amma araya nifaq salanların Türkiyədən tələblərinin olduğunu deyib:

“Bir-birimizə bağlansaq, inşallah bu halqaları genişləndirə bilərik, genişləndirməyimiz lazımdır. Amma içərimizdəki o xainlər, nifaq əhli nə deyir? Bizim Ermənistanla barışmağımız lazımdır. Tamam, barışaq! Amma “azəriləri satacaqsınız” deyirlər. Yəni bu mexanizma üçlü olmayacaq, erməniləri qazanıb azərbaycanlıları küsdürəcəksiniz. Əlimizdə onsuz da bir dənə azərbaycanlılar var, onları da itirsək heç dostumuz qalmayacaq. Təəssüf ki, adamların dərdi budur. Ona görə də dostlarımızın qiymətini bilməliyik. Dar ayaqda ehtiyacımız olacaqdır. Lap olmasın, amma dostluğumuzu qorumağımız lazımdır!”.

“A24.az” Türkiyə mediasında yayımlanan görüntüləri təqdim edir:

Firuzə Alimova / MTM

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Siyasət, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar