Türkiyə 2 əsgərini şəhid verdi - "Zeytun budağı" 17-ci günündə...

Türkiyə 2 əsgərini şəhid verdi – “Zeytun budağı” 17-ci günündə…
Want create site? Find Free WordPress Themes and plugins.

Türk Silahlı Qüvvələrinin Afrində başlatdığı “Zeytun budağı” əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı 947 nəfərə çatıb.

“A24.az” xəbər verir ki, bu haqda Türk Silahlı Qüvvələri açıqlama verib.

“Zeytun budağı”əməliyyatının 17-ci gününün davamında Türkiyə acı xəbərlə də üzləşib. Belə ki, TSQ-nin verdiyi açıqlamaya görə, 4 fevral 2018-ci il tarixində PKK/KCK/PYD-YPG və İŞİD terror qruplaşmalarına qarşı gerçəkləşdirilən əməliyyatlarda iki tür əsgəri şəhid olub, 5 əsgər isə yaralanıb.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar