Türkiyə ABŞ-ı beşqat məğlub etdi - Afrin dəftərindən

Türkiyə ABŞ-ı beşqat məğlub etdi – Afrin dəftərindən
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə prezidentinin keçmiş baş müşaviri Adnan Tanrıverdi ABŞ-ın Tükiyəyə qarşı məğlubiyyətlərindən danışıb.

a24.az xəbər verir ki, prezidentin keçmiş baş müşaviri Adnan Tanrıverdi “Türkiyə 2015-ci ildən bu yana ABŞ-a 5 məğlubiyyət yaşadıb” – deyə açıqlama verib. Baş müşavir açıqlamasında məğlubiyyətləri bir-bir sıralayıb.

1-ABŞ 7 iyunda keçirilən seçkilərdə sabitliyə qarşı aparılan təbliğatı dəstəklədi. Xalqın fərasətiylə siyasi sabitlik 5 ay sonra təmin olundu.

2- Bunun ardından Çuxur hərəkatları başladı. ABŞ-ın dəstəyiilə PKK Türkiyəyə problem yaratmağa başladı. Türkiyə bu çətinliyi da 6 ayda həll etdi.

3- Türkiyə Türk Silahlı Qüvvələri  “FETÖ”-çülərini üzə çıxararkən, 15 İyul hərbi çevriliş cəhdi baş verdi. Lakin 20 saat içərisində yatırıldı.

Bununla ABŞ da 3-cü məğlubiyyətini aldı.

4- ABŞ Cerablus bölgəsini terror təşkilatı PKK-PYD-yə verəcəkdi. Türkiyə cəld tərpənərək əsgərini bölgəyə saldı və bunun qarşısını almış oldu.

5- ABŞ İraqda Türkiyənin bazalarını aradan götürmək üçün hərəkətə keçmişdi, amma Türkiyə bunun da müvəffəqiyyətlə qarşısını aldı. Bu 5-ci məğlubiyyətdir.

“Əgər məsələlər siyasi danışıqlarla həll olunmursa, güc tətbiq etmək lazımdır” deyən Tanrıverdi dedi: “Təşkilatların sonu dövlətlərin iki dodağı arasındadır. Türkiyə öz fikrində qərarlıdır və əməliyyatlara davam edəcək. ABŞ ilə danışıqlar apardıq, sözümüzü dedik və hərbi əməliyyata başladıq. ABŞ əgər təşkilatlarla siyasətlərini davam etdirsə bu ABŞ-ın çöküşü olar. Əgər təşkilatlardan imtina etsə, o zaman Birləşmiş Ştatlar bizim müttəfiqimiz olar, əks halda mümkün deyil.” – deyə Adnan Tanrıverdi bildirib.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar