Türkiyə - ABŞ müharibəsinə günlər qalır - SİYASİ ŞƏRH

Türkiyə – ABŞ müharibəsinə günlər qalır – SİYASİ ŞƏRH
Want create site? Find Free WordPress Themes and plugins.

“Nezavisimaya qazeta” Türkiyə ilə ABŞ münasibətləri haqqında yazdı…

A24.az xəbər verir ki, İqor Subbotin “Nezavisimaya qazeta”-da yaxınlaşmaq da olan türk-amerikan müharibəsini şərh edib.

“Türkiyə kürd hərbi birləşmələrinin cəmləndiyi Suriyanın Münbiç bölgəsində əməliyyata başlamaqla təhdid edir. Belə bəyanatla “əhalisinin əksəriyyəti ərəb olan bir şəhəri digər etnosun nümayəndələri idarə etməməlidir” deyən Türkiyə Baş nazirinin müavini Fikri İşıq çıxış edib.

İstisna edilmir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmasterin tezliklə Ankaraya edəcəyi ziyarətin mövzularından biri Münbiç olacaq.

İşık bəyan edib ki, “Ərəblər Münbiç əhalisinin 95%-ni təşkil edir. Bu rayonlar üzərində nəzarəti “Suriya Demokratik Qüvvələri” (SDG, əsasını kürdlərin təşkil etdiyi çoxmillətli alyansdır – “NQ”) adı altında fəaliyyət göstərən terroristlərə vermək yolverilməzdir”.

İşık qeyd edib ki, Amerika rəhbərliyi SDG-ni Münbiçdən çıxarmağa söz verib. Baş nazir müavini bəyan edib ki, “Əgər bunu amerikalılar etməsə, Türkiyə milli təhlükəsizlik tələblərindən irəli gələn addımları atmağa məcbur olacaq. Ümid edirəm, ABŞ-da sağlam düşüncə üstün gələcək və onlar regionda Türkiyə ilə toqquşmayacaqlar”.

Bu durumda, Türkiyə prezidentinin mətbuat xidmətində deyirlər ki, Ankara özünün NATO üzrə müttəfiqilə – Vaşinqtonla münasibətləri bərpa etmək üçün hər şeyi edir.

İstisna edilmir ki, Münbiç ətrafında ehtirasların qızışması və kürd anklavı olan (kürdlər Afrin əhalisinin yalnız 35%-ni təşkil edirlər) Afrində (Suriyanın şimali-qərbi) davam edən türk əməliyyatı Makmasterin bu həftə baş tutamalı olan Türkiyə ziyarətinin başlıca mövzuları olacaq.

Gözlənildiyi kimi, onun ardınca Ankaranı ABŞ xarici işlər naziri Reks Tillerson ziyarət edəcək. Ola bilər, Vaşinqtonda Menbiçlə bağlı narahatlıq hiss edilir: türklərin şəhəri tutmaq üçün istənilən cəhdi onları orada yerləşən Amerika qüvvələrilə toqquşduracaq. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığının başçısı general Cozef Votel bəyan edib ki, Amerika qoşunları bu rayonu tərk etməyi planlaşdırmır. CNN Votelin “Bu, düşünülməsi lazım olan bir şey deyil” sözlərini sitat gətirir.

O, növbəti dəfə qeyd edib: “Bizim İŞİD-lə mübarizədə tərəfdaşımız olanlar təsəvvürolunmaz qurbanlara getdilər. SDQ və İraq ordusundan olan minlərlə adam şəhərləri azad edərkən həlak oldu və ya xəsarət aldı. Beləliklə, bütün dünya birliyi onlara minnətdar olmalıdı”.

Votel bildirib ki, “İŞİD-lə mübarizə apardıqları və regionda sabitliyi təmin etdikləri müddətcə biz onlara (yəni, SDQ-yə – “NQ”) kömək edəcəyik”.

Türkiyənin mümkün Münbiç əməliyyatının öz riskləri vardır. Ekspert mühitində qeyd edildiyi kimi, şəhərin tutulması üçün addımların atılması Suriyadakı vəziyyəti yalnız kəskinləşdirə bilər. İnnovasiyalı inkişaf institutunun Yaxın Şərq münaqişələrinin tədqiqatı şöbəsinin rəhbəri, beynəlxalq məsələlər üzrə Rusiya şurasının eksperti Anton Mardasov “NQ”-yə deyib: “Belə qərarla türklər, əslində, hökumətin nəzarət etdiyi ərazidən Afrinə dəstək məqsədilə göndərilə biləcək kürd, hətta ərəb dəstələrini döyüşə cəlb etməklə yerində tuta bilsə də, oxşar addım gərginliyin artmasına xidmət edəcək. Belə faktlar haqqında artıq məlumat verilib. Hətta hökumət mənbələri də təsdiq edib ki, Bəşər Əsəd rejimi Münbiçdən Afrinə göndərilən köməyin keçməsi üçün yolu açır. Bundan başqa, bu, Ankara üçün türk sərhəddi ətrafında buferin yaradılması baxımından məntiqi addım olardı. Türkiyə tərəfi bunu PKK-ya qarşı atılan addım kimi təqdim edə bilər”.

Ekspert göstərir ki, Münbiç formal olaraq yerli ərəb tayfalarından təşkil edilmiş şuranın rəhbərliyi altındadır. Mardasov fərz edir: “Əgər hücum başlayacaqsa, Ərdoğan formal olaraq məhz onlarla döyüşəcək. Əsas məsələ odur ki, ərəblər özləri necə mövqe tutacaq. Afrin əməliyyatında SDQ üçün döyüşən ərəb birliklərinin Azad Suriya Ordusuna, Türkiyə qüvvələrinin tərəfinə keçmə halları olub. Əməliyyat birinci mərhələdə ərəb birliklərinin cəlb edilməsini təhrik etsə də, onlar Münbiçdə də belə addım ata bilərlər”.

Analitik xatırladır ki, Münbiçdə hələ də Amerika qüvvələri dayanır. Mardasov deyir:

“Geri çəkilmə, xüsusən də Afrin fonunda, ABŞ üçün güclü imic itkisi olardı. Bu, kürdlər tərəfindən xəyanət və etibarlı dəstəyin itirilməsi kimi qəbul ediləcək. Amerikalılar SDQ-nı elə bir struktur kimi təqdim edirlər ki, onun köməyilə yalnız İŞİD-lə deyil, İran təsirilə də mübarizə aparmaq, həmçinin Dəməşqi siyasi güzəştlərə məcbur etmək olar”.

Tarixi baxımdan, türklərin Münbiçi götürmək istəyinin tutarlı əsası yoxdur. Rusiya Elmlər Akademiyasının Y.M. Primakov adına Dünya iqtisadiyyatı və beynəlxalq münasibətlər institutunun baş elmi əməkdaşı Viktor Nadein-Rayevski “NQ”-yə bildirib: “Ankaranın iddiaları yalnız “yeni osmanlıçılığın” dirçəldilməsi mövqeyindən əsaslandırılıb. Baxmayaraq ki, Türkiyənin hakim elitasında da bu baxımdan müxtəlif baxışlar mövcuddur. Başqa əsaslandırma yoxdur. Osmanlı İmperiyasının tərkibində olsa da, bu, Suriyanın ərazisidir. Kobani, Afrin, Menbiç Osmanlı İmperiyasının hissələri olublar, I Dünya Müharibəsində Türkiyənin məğlub olmasından sonra buna son verilib. Başqa bir məsələ odur ki, 1939-cu ildə türklər Suriya ərazisinin parçalarını ələ keçirdilər. Orada referendum keçirdilər, Xatay dövləti yaratdılar, indi Türkiyədə vilayət belə adlanır, Kiçik Asiyadan 60 min türkü ora qovdular və referendumda onun Türkiyənin tərkibinə daxil edilməsinə səs verdilər. Bəli, Türkiyə hakimiyyəti indi deyir ki, heç bir halda Suriya ərazisinə iddia etmir, lakin hələ ki, kifayət qədər özünəməxsus bir vəziyyət yaranıb”.

Xatırladaq ki, yanvarın sonunda (20 yanvar 2018-ci il) Türkiyə Baş qərargahı Afrin anklavı rayonunda cəmlənmiş kürd hərbi birliklərinə qarş yönəlmiş “Zeytun budağı” adlı hərbi əməliyyatın başlanmasını elan edib. Növbəti türk hərbi kampaniyasının maneəsiz başlaması geniş şəkildə Ankara ilə Moskva arasında əldə edilən razılaşmanın nəticəsi kimi şərh edilib. Məlum olduğu kimi, azsaylı rus müşahidəçiləri bu kantonun (Suriya kürdlərinin şimalda elan etdikləri dövlətin ərazi vahidi) ərazisində idi, lakin sonradan onu tərk etdilər. Öz növbəsində, ABŞ öz hərəkətsizliyini onunla izah edib ki, Afrin onların maraq zonasına daxil deyil.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar