Türkiyə Afrindən çıxacağı vaxtı açıqladı: "O tapılan kimi, biz oradan çıxacağıq"

Türkiyə Afrindən çıxacağı vaxtı açıqladı: “O tapılan kimi, biz oradan çıxacağıq”
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ türk qoşunlarının Suriyanın Afrin şəhərindən çıxarılacağını vaxtı açıqlayıb.

“A24.az” “Anadolu”ya istinadən xəbər verir ki, o, Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib ki, “biz ora işğalçı kimi getməmişik və Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşaraq, orada qalmaq niyyətimiz yoxdur”.

“Afrini terrorçulardan təmizlədik, indi də minalardan təmizlənmə işləri gedir”, – deyə o əlavə edib.

Bozdağ, Suriyadakı siyasi böhranın aradan qaldırılmasından sonra qoşunların çıxarılacağını ifadə edib:

“Suriyada güc vakuumu var, fərqli qüvvələr var, müxalifət var. Biz Afrində hakimiyyəti yerli əhaliyə təslim edəcəyik. İndi əsas məsələ böhrandan siyasi çıxış yolu tapmaqdır və o tapılan kimi, biz oradan çıxacağıq”.

Report.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar