A24 Xeber

Türkiyə amerikalı keşiş Brunsonu sərbəst buraxacağı tarixi açıqladı – İDDİA

Türkiyə amerikalı keşiş Brunsonu sərbəst buraxacağı tarixi açıqladı – İDDİA
60
03 Sentyabr 2018 - 10:30

Terror təşkilatları üçün casusluq etdiyi iddiasıyla Türkiyədə 2 il ev dustaqlığı cəzası alan amerikalı keşiş Endryu Brunsonun 12 oktyabrda sərbəst buraxıla biləcəyi iddia edilib.

A24.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə və ABŞ arasında sanksiyalara məruz qalma həddinə çatan Brunson böhranı səbəbindən iki ölkə tarixin ən böyük gərginliklərdən birini yaşayır.

Ev həbsinə məruz qalan, xaricə çıxış qadağasının qaldırılması üçün edilən etirazı daha əvvəl iki dəfə rədd edilən Brunsonın növbəti məhkəmə iclası 12 oktyabrda keçiriləcək.

Bildirilir ki, prosesi soyutmaq istəyən Ankaranın, Vaşinqton ilə münasibətlərində keçmiş sövdələşmələrin əksinə, yeni bir zəmin axtarışına üstünlük verəcəyi bildirilir.

Qeyd olunur ki, 12 oktyabrda keçiriləcək məhkəmə iclasında Brunsonun sərbəst buraxılacağı iddia edilir.

Orxan Aslanlı / A24.az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00