A24 Xeber

Türkiyə artıq ABŞ ilə müharibə aparır

Türkiyə artıq ABŞ ilə müharibə aparır
278
30 Yanvar 2018 - 10:56

“ABŞ artıq müttəfiqimiz deyil.”

A24.az xəbər verir ki, Yalovada “Atatürk Vətəndir” Simpoziumu keçirlib. Simpoziumda çıxış edən Dos. Dr. Əhməd Həmdi “Mehmetçik hazırda Afrində strateji tərəfdaşımız olan ABŞ mübarizə aparır. Biz PYD-YPG ilə mübarizə apardığımızı düşünürdük, amma xeyr, bal kimi də ABŞ ilə savaşırıq. Nə üçün? ABŞ “PYD mənim quru qoşunlarımdır” demirmi? Biz ABŞ qüvvələrinə qarşı mübarizə aparırıq. Bu vəziyyətdə hamımız həqiqəti açıq bir şəkildə görməliyik. Bunu hökumət də, söz və iradə sahibi olan hər kəs də görməlidir.”

“Mən Kilisliyəm, müharibə psixologiyasını bilirəm” deyən Dr. Əhməd Həmdi  “Gün ərzində nə zaman və harada üzərinə bomba düşəcək deyə hər an bu psixologiya ilə yaşayırsan. Bu vəziyyət daha da artarsa nə olacaq? Müharibə ağrılı bir mübarizə formasıdır, buna görə Atatürkün siyasətinə diqqət etmək lazımdır. Öz qonşuları ilə qurduğu münasibətlər, Sədabat və Balkan paktlarına diqqət etmək lazımdır” – deyə bildirib.

Çıxışına davam edən Dr. Əhməd Həmdi bildirib:

“ABŞ-ın nə etmək istədiyini bilmək üçün Bosniya və Herseqovinaya baxmaq lazımdır. Bosniyalı qardaşlarımızın yaşadığı çilələri oxuyun və ağlayın. Öldürülsə bəlkə də qurtulardılar, amma elə deyil. Namuslarına təcavüz edilir, soyqırıma məruz qalırdılar. Sülh adıyla əllərindən silahları alınır, daha sonra BMT tərəfindən Serblərin əlinə yem olaraq verilir. Nə üçün? Çünki bunlar müsəlmandır. ABŞ-ın və Qərbin ölkəmiz üçün, Suriya üçün, İraq üçün, İran üçün böyük Orta Şərq Layihəsi çərçivəsində İslam ölkələri üçün düşündüyü aqibət bundan başqa bir şey deyil. Buna görə həqiqəti açıq şəkildə ifadə edərək həqiqətə uyğun hərəkət etməliyik.

Bəs bunun həlli nədir? Bizim başımıza nə gəldisə ABŞ ilə müttəfiq olmağımıza və İsrail ilə olan əlaqələrimizi görə gəldi. Terrorun arxasında ABŞ var. Bunda ən kiçik bir tərəddüd yoxdur. Bunu bütün dünya bilir, amma biz “ağcaqanadlarla” məşğul oluruq. “Ağcaqanadları” öldürmək təhlükənin qarşısını ala bilməz. Bunun üçün bataqlığı qurutmaq məcburiyyətindəsən. Onun üçün nə Aİ, nə də ABŞ. Tək həlli müstəqil Türkiyə deyə bilməkdir.”

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00