Türkiyə Avropa çempionatına ev sahibliyi edə bilər

Türkiyə Avropa çempionatına ev sahibliyi edə bilər
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə Futbol Federasiyası (TFF) 2024-cü ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.

A24.Az xəbər verir ki, TFF-nin prezidenti Yıldırım Dəmirörən sənədləri UEFA-nın birinci katibi Teodor Teodoridisə təqdim edib.

Əgər Türkiyə qalib gələrsə, oyunlar İstanbul (Atatürk adına Olimpiya stadionu və Türk Telekom stadionu), Bursa (Böyükşəhər Bələdiyyə stadionu), Antalya (Antalya stadionu), Əskişəhər (Əskişəhər Yeni stadionu), Qaziantep (Qaziantep stadionu), Konya (Böyükşəhər Bələdiyyə stadionu), Trabzon (Şenol Günəş adına İdman Kompleksi), Kocaeli (Yeni stadion) və Ankarada (Yeni stadion) keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl Almaniya AÇ-2024-ə namizədliyini irəli sürüb.

Xatırladaq ki, daha əvvəl Türkiyə 2012-ci il və 2016-cı ildə keçirilmiş Avropa çempionatları üçün öz namizədliyini irəli sürsə də, hər iki halda uduzub.

2012-ci ildəki qitə birinciliyinin namizədlərindən Polşa və Ukrayna qalib olubsa, ondan dörd il sonra baş tutmuş çempionatın Fransada keçirilməsinə qərar verilib.

(Oxu.az)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar