Türkiyə Azərbaycana "Drone Killer" silahını satdı - FOTO - VİDEO

Türkiyə Azərbaycana “Drone Killer” silahını satdı – FOTO – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin “Harp Arge” şirkəti Azərbaycana pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə üçün nəzərdə tutulmuş “Drone Killer” silah sistemini satıb.

“A24.az”ın şirkətə istinadən verdiyi məlumata görə, bundan başqa, sistem elektromaqnit maneələrinin qoyulmasında da istifadə olunur.

Müvafiq razılaşma “Harp Arge” şirkətinin Azərbaycana ilk ixrac təcrübəsidir.

Bu sistemin Azərbaycanın güc strukturlarında uğurla sınaqdan keçirildiyi bildirilir.

PUA-ların neytrallaşdırılması üçün nəzərdə tutulan “Drone Killer” silahı 2,4 GHz və 5,8 GHz tezliyində yüksək sürətli elektromaqnit maneələrindən istifadə edir. Bununla da PUA ilə idarəetmə mərkəzi arasında əlaqə, həmçinin GPS sistemi pozulur.

Bu sistemdən Türkiyənin Silahlı Qüvvələrində, Milli Kəşfiyyat Xidmətində, eləcə də digər güc strukturlarında istifadə olunur.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar