Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin edib

Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin edib
Want create site? Find Free WordPress Themes and plugins.

“Balyoz” davasında günahsız həbs edilən general Azərbaycana hərbi attaşe gəlir

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycana yeni hərbi attaşesi təyin olunub.

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı yeni hərbi attaşesi briqada generalı Əli Dəmirdir.

Əli Dəmir bu postda 2016-cı ilin noyabr ayından çalışan briqada generalı Zafer Ocakı əvəz edəcək.

Briqada generalı Əli Dəmir bundan əvvəl Diyarbəkirdə jandarma briqadasının komandiri vəzifəsində xidmət edib. O, iyulun ortalarında yeni vəzifəsi ilə əlaqədar Ankaraya çağrılıb.

FETÖ terror təşkilatının ordu generallarına qarşı qurduğu “Balyoz” əməliyyatı nəticəsində 2010-cu ildə qondarma ittihamlarla saxlanılaraq 16 il həbsə məhkum edilmiş general Əli Dəmir 2016-cı ildə bəraət alaraq xidmətə bərpa olunub. //azeridefence

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar