A24 Xeber

Türkiyə ballistik raketlərini sınaqdan keçirib

Türkiyə ballistik raketlərini sınaqdan keçirib
38
26 Mart 2018 - 8:57

Türkiyədə “Gökdoğan” və “Bozdoğan” adlı ilk yerli ballistik raketlər uğurla sınaqdan keçirilib.

“A24.az” “Anadolu”ya istinadən xəbər verir ki, raketlərin sınaq buraxılışı Sinop şəhəri ərazisindəki hərbi poliqonda baş tutub.

Sınaq zamanı mütəxəssislər tuşlama sistemi söndürüldükdən sonra raket mühərrikinin imkanlarını qiymətləndiriblər.

Həmçinin sınaq proqramına əsasən, Türkiyə 2018-ci ilin son rübündə hərəkətdə olan hədəfin vurulması üçün raketin yer qurğusundan və təyyarədən buraxılışını həyata keçirmək niyyətindədir.

Report.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00