Türkiyə əməliyyatın 1-ci hissəsini tamamladı - 2059 terrorçu məhv edildi - "Zeytun budağı” 38-ci günündə...

Türkiyə əməliyyatın 1-ci hissəsini tamamladı – 2059 terrorçu məhv edildi – “Zeytun budağı” 38-ci günündə…
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin  Suriyada başlatdığı “Zeytun budağı” əməliyyatı bu gün (26 fevral 2018) 38-ci günündədir.

“A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, əməliyyatından başladığı gündən bu yana məhv edilən terrorçuların sayı 2059 nəfərə çatıb.

Türk Silahlı Qüvvələrindən verilən açıqlamaya görə, dünəndən etibarən əməliyyatın birinci hissəsi tamamlanıb. Cəbhədəki əsgərlər birləşib və Afrinin ətrafında aypara yaranıb. Həmçinin türk ordusunun nəzarətinə keçən mövqelərin sayı 112 olub.

Bundan başqa ötən gün Hakkarı/Şemdinli bölgəsində  terror üzvləri tərəfindən gerçəkləşdirilən silahlı hücum zamanı Türk Ordusunun daha bir əsgəri (24 yaş) şəhid olub,bir əsgər isə yaralanıb.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar