Türkiyə “Eurovision”a qayıdış şərtini açıqladı: "Saqqallı qadınlarsız"

Türkiyə “Eurovision”a qayıdış şərtini açıqladı: “Saqqallı qadınlarsız”
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə “Eurovision” mahnı müsabiqəsində iştirak etmək niyyətində deyil.

“A24.az” “Oxu.az”a istinadən xəbər verir ki, bu barədə danışan Türkiyənin TRT radioyayım korporasiyasının direktoru İbrahim Eren səbəb kimi “don geyinmiş saqqalı avstriyalını” göstərib (2014-cü ilin qalibi Konçita Vurst).

“Bizim səbəblərimiz, o cümlədən səsvermə sistemimiz var. İctimai yayımçı olaraq, biz həm də cinsini inkar edən və eyni vaxtda özünü həm kişi, həm də qadın görən don geyinmiş saqqalı avstriyalı kimi birisini saat 21:00-da, uşaqların televizor qarşısında oturduğu vaxt canlı efirdə verə bilmərik”, – deyə, o, qeyd edib.

Türkiyə səsvermə sistemində dəyişikliklərlə əlaqədar 2013-ci ildən etiraz əlaməti olaraq, “Eurovision”da iştirak etmir.

Ötən il Türkiyənin tezliklə müsabiqəyə qayıdacağı barədə fikirlər səslənsə də, bu gümanları rədd edən Eren ölkəsinin müsabiqəni boykot etmək qərarına daha bir səbəb gətirib.

“Mən Avropa Yayım İttifaqına (EBU) dedim ki, onlar dəyərlərindən kənara çıxırlar. Nəticə olaraq, başqa ölkələr də “Eurovision”u tərk etdilər. EBU-da mental xaos hökm sürür. Müsabiqə rəhbərliyi bunu düzəldə bilsə, biz yenidən “Eurovision”a qayıda bilərik” – deyə, Eren vurğulayıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Şou-biznes
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar