Türkiyə gəmisi raketlə vuruldu

Türkiyə gəmisi raketlə vuruldu
Want create site? Find Free WordPress Themes and plugins.

Yəmənə buğda daşıyan “İncə İnebolu” adlı Türkiyəyə məxsus yük gəmisinə raketlə hücum  edilib.

A24.Az DHA-ya istinadən xəbər verir ki, Yəməndən 70 mil uzaqda olan 50 min tonluq  yük gəmisinə raketlə hücum həyata keçirilib.

Ağ Ev Türkiyənin yük gəmisinə edilən raket hücumu ilə bağlı bəyanat yayıb.
Bəyanatda, “Bu hücum bir daha Yəməndə təhlükənin getdikcə artdığını, BMT Təhlükəsizlik Şurasının 2216 saylı qətnaməsinin tam olaraq həyata keçirilməli olduğunun vacibliyini göstərdi”, – deyə qeyd olunub.
Bəyanatda Hutu milisləri tərəfindən hücum edildiyi və ABŞ-ın hərbi-dəniz qüvvələrinin dərhal hərəkətə keçdiyi bildirilib.
Husilərin hücumlarının bölgədən keçən milyonlarla barrel neftin daşınması və bölgə iqtisadiyyatı üçün əhəmiyyətli olan balıqçılıq üçün böyük təhlükə yaratdığına diqqət çəkilib.

Məlumata görə, yük gəmisi Yemənin Hudaydah bölgəsinin yaxınlığındakı Saleef limanına buğda daşıyırmış.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar