Türkiyə Gürcüstandakı Marneuli aerodromunu yeniləyəcək

Türkiyə Gürcüstandakı Marneuli aerodromunu yeniləyəcək
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə Gürcüstandakı Marneuli hərbi aerodromunun modernləşdirilməsində iştirak edəcək.

Bu məqsədlə Türkiyə hökuməti Gürcüstana 5,5 mln. türk lirəsi (1,3 mln. dollar) ayırıb. Vəsaitin bir hissəsi aerodromun yenilənməsi, digər hissəsi və əvvəlki illərdə istifadə olunmamış 3,88 mln. dolları isə hərbi mühəndis məktəbinin yaradılmasına yönəldiləcək.

Türkiyə həmçinin Marneuli aerodromunu müdafiə avadanlıqları ilə də təmin edəcək.

 Qeyd edək ki, 2008-ci ilin avqust müharibəsi zamanı Gürcüstan tərəfi Rusiyanın Marneuli aerodromunu bombalaması barədə məlumatlar yaymışdı. //apa
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar