Türkiyə ilə savaşması üçün YPG-ə 19 ölkədən silah gedir

Türkiyə ilə savaşması üçün YPG-ə 19 ölkədən silah gedir
Want create site? Find Free WordPress Themes and plugins.

Afrində tankın vurulmasıyla 6 türk əsgərinin şəhid olmasından sonrası gözlər terror təşkilatına verilən və Türkiyəyə yönəldilən “strateji” silahlara çevrildi.

A24.az xəbər verir ki, Afrinin mərkəzinə doğru planlı şəkildə irəliləyən Türk Silahlı Qüvvələrinə (TSK) aid bir tankın PKK / YPG-li terroristlər tərəfindən vurulması gözləri terror təşkilatına verilən silahlara çevirdi.

ABŞ-a və çoxmillətli koalisiyaya aid olan 19 ölkənin terror təşkilatına verdiyi silahlar taktiki və strateji olaraq ikiyə bölünür. Habertürk qəzetində Bülent Aydemirin xəbərinə görə taktika silahları İŞİD-lə mübarizədə istifadə edildiyi halda, strateji silahlar isə Suriyada Türkiyəni hədəf alan silahlardır. Terror təşkilatının, Türkiyə sərhədində avtonom bir rəhbərlik yaratama xəyalı, artıq sirr deyil. Ancaq bu strateji silahların istifadəsi terror təşkilatının hədəfləri baxımından əhəmiyyətlidir.

Hər şeydən əvvəl Afrin əməliyyatının kürdlərə qarşı olması ilə bağlı qara təbliğat yaymağa çalışan terror təşkilatı Türkiyənin içində müxalifət də daxil olmaqla, demək olar ki, bütün seqmentlərin dəstək verdiyi əməliyyatı  daxildən ictimaiyyətə təsir etməyə çalışır. Terror təşkilatı bu “strateji silahları” ölkə içinə daxil etməyə çalışmaqla Mehmeçiyin əhval ruhiyyəsini pozmağa və qarşı görüşlərin ortaya çıxması üçün çalışır.

Terror təşkilatının Afrindəki TSK-ya məxsus tankına vurulan zərbədə istifadə edilən ATGM (antitank guided weapon) daxil, əlindəki silahların mənşəyindən çox bu silahları necə əldə etdiyi, hansı məqsədlə verildiyi və istifadəsinə nə üçün icazə verildiyi əhəmiyyətlidir. Çünki çox vaxt terror təşkilatlarının əlinə əsla keçməməli olmasına baxmayaraq inkişaf etmiş silah sistemlərinin istehsalçısı olan ölkə və istehsalçı firmanın nömrələri silinir.

Buna görə haraya məxsus olduğunu öyrənmək çətinlik yaradır. Deyək ki öyrəndik, bu coğrafiyada mövcud müharibələr səbəbindən hansı ölkəyə verdiyini necə sübut edəcəksən? Terror təşkilatına verdiyi silah üzərinə NATO ölkələri imzamı atacaq? Buna qara bazardan əldə olunan, terror təşkilatlarında əl dəyişdiriən, zəifləmiş mərkəzi hökumətlərdən ələ keçirilən silahları da əlavə etsək siyahı daha da artır.”

19 ölkədən silah gedir.

Fərqli zamanlarda və fərqli coğrafiyalarda ələ keçirilən silah sistemləri və sursatlardan yola çıxılaraq, PKK / YPG-nin əlində 19 ölkədən silah olduğu məlum olub.

Təşkilatda istifadə olunan anti-tank silahlarının siyahısı (ATGM) aşağıdakılardan ibarətdir:

– Rus istehsalı 9M133 Cornet.

– Fransız-Alman istehsalı Milan.

– Ruslar tərəfindən hazırlanmış, AT-13 Metis-M (9K115-2).

– ABŞ istehsalı TOW.

– Rus 9K111 Bassoon və ya 9K113 Konkurs.

– Köhnə Yuqoslaviya istehsalı M79 OSA.

– MANPAD və 9K38 Gravure kimi müxtəlif versiyalar.

– İsveç istehsalı AT4 əleyhinə olmayan tank əleyhinə silah.

 

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar