Türkiyə ilə Venesuela arasındakı ticarət 1 milyardı keçdi

Türkiyə ilə Venesuela arasındakı ticarət 1 milyardı keçdi
Want create site? Find Free WordPress Themes and plugins.

Venesuela ilə Türkiyə arasında 2018-ci ilin ikinci yarısında təxminən 1 milyard dollar dəyərində ticarət edildiyi bildirilib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın iqtisadi olaraq müharibə elan etdiyi iki ölkə Türkiyə və Venesuela arasında 2018-ci ilin ikinci yarısında təxminən 1 milyon dollarlıq ticarət edildiyi öyrənilib.

Türkiyə Statistika Komitəsinin hesabatlarına görə, iki ölkə arasında 892.4 milyon dollarlıq ticarət həyata keçirilib. Türkiyə və Venesuelanın bu ilin ikinci yarısındakı gözləntiləri isə 1 milyard dollardan çox ticarət olduğu bildirilib. Türkiyə ilə aparılan ticarətə önəm verdiklərini bildirən Zulia Rayonu Bələdiyyə Sədri Fransisko Arias Crdenas noyabr ayında İstanbulda keçiriləcək Türk İş Sərgisində iştirak edəcəklərini bildirərək, sərgi sayəsində banan, avokado, kakao kimi kənd təsərrüfatı məhsullarının Türkiyəyə ixracının artıracağını bildirib. Crdenas kənd təsərrüfatından başqa metal, neft və neft-kimya sahələrində də Türkiyə ilə əməkdaşlığın vacib olduğunu vurğulayıb.

Venesuellada fəaliyyət göstərən türk ticarət cəmiyyətinin sədri olan Hayri Küçükyavuz isə Prezident Rəcəb Tayyib Ərdoğanla Venesuella prezident Nikola Maduronun yaxın tarixdə imzaladıqları ikitərəfli əməkdaşlıq müqavilələri əsasında iki ölkə arasında ticarət əlaqələrinin gücləndiriləcəyini və kənd təsərrüfatı müəssisələri daxil olmaqla təhlükəsizlik məsələlərində də əməkdaşlıq ediləcəyini açıqlayıb.

Orxan Aslanlı / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar