A24 Xeber

Türkiyə İsrail və ABŞ-dakı səfirlərini geri çağırdı

Türkiyə İsrail və ABŞ-dakı səfirlərini geri çağırdı
47
15 May 2018 - 3:28

Türkiyə Qəzza zolağında baş verən hadisələrlə əlaqədar İsrail və ABŞ-dakı səfirlərini geri çağırıb.

A24.Az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

O, sabahdan ölkədə 3 günlük matəm elan edildiyini elan edib.

Ərdoğan həmçinin bir sıra dünya liderləri, o cümlədən Fələstinin rəhbəri Mahmud Abbas və BMT Baş katibi Antoniu Guterreş ilə danışıqlar aparmaq niyyətində olduğunu açıqlayıb.

Türkiyə prezidenti  İslam Əməkdaşlıq Təşkilatının fövqəladə toplanmasının çağırılmasının zəruriliyini vurğulayıb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00