Türkiyə Kubokunun yeni sahibi müəyyənləşdi

Türkiyə Kubokunun yeni sahibi müəyyənləşdi
Want create site? Find Free WordPress Themes and plugins.

Futbol üzrə Türkiyə Kuboku uğrunda final matçı keçirilib.

A24.Az “Report”a istinadən xəbər verir ki, həlledici görüşdə “Akhisarspor” və “Fənərbağça” komandaları üz-üzə gəlib.

Diyarbəkirdəki “Atatürk” stadionunda oynanılan qarşılaşmanı FİFA referisi Cüneyt Çakır idarə edib. Görüş “Akhisarspor”un 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandadan 32-ci dəqiqədə Migel Lopes, 70-ci dəqiqədə Abdul Sissoko, 81-ci dəqiqədə Elder Barboza, məğlub kollektivdən isə 56-cı dəqiqədə Fernandao, 86-cı dəqiqədə isə Jozef de Souza fərqlənib.

Bununla da “Akhisarspor” tarixində ilk dəfə Türkiyə Kubokunu qazanıb və bu mükafatı əldə edən 15-ci klub olub. Komandaya rəhbərlik edən Okan Buruk isə futbolçu olduğu vaxt 6 dəfə qazandığı kuboka baş məşqçi kimi ilk dəfə yiyələnib. 11 dəfə finalda uduzan “Fənərbağça”nın isə kubok həsrəti 5 ilə çatıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar