A24 Xeber

Türkiyə Niderlanddan yazılı üzrxahlıq gözləyir

Türkiyə Niderlanddan yazılı üzrxahlıq gözləyir
565
13 Mart 2017 - 13:34

Türkiyə Xarici İşlər Nazirliyi Niderlanda iki nota verib.

“A24.az”ın “Milliyet”ə istinadən verdiyi məlumata görə, notalar türkiyəli nazirlərə qarşı tətbiq edilən məhdudiyyətlər və dinc toplaşma hüququndan istifadə edən Türkiyə vətəndaşlarına qarşı pis rəftarla bağlıdır. Niderlandın Türkiyədəki müvəqqəti işlər vəkili 3-cü dəfə nazirliyə çağırılıb.

Notalarda türk nazirlərə qarşı etik və beynəlxalq normalara uyğun olmayan münasibətlər pislənib və bununla bağlı Niderland rəsmilərindən yazılı üzrxahlığın gözlənildiyi bildirilib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00