Türkiyə ordusu Afrində 557 terrorçu məhv edib

Türkiyə ordusu Afrində 557 terrorçu məhv edib
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində bu gün PYD, YPG və İŞİD terror təşkilatlarına məxsus 20 obyekt dağıdılıb, 73 terrorçu məhv edilib.

Bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilir.  Məlumata görə, əməliyyat başlayandan bu vaxtadək ümumilikdə  557 terrorçu məhv edilib.

 Məlumata görə, yanvarın 28-də əməliyyata 13 təyyarə cəlb edilib. Terrorçularla döyüş zamanı iki hərbçi yaralanıb.

 Əməliyyatın planlı şəkildə davam etdirildiyi bildirilir.

 Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.  //APA

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar