Türkiyə parlamentinin sədri Fuad Muradovu qəbul edib

Türkiyə parlamentinin sədri Fuad Muradovu qəbul edib
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə Böyük Millət Məclisinin spikeri  İsmayıl Qəhrəman Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycanın Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri  Fuad Muradovu qəbul edib. 

Komitənin mətbuat xidmətindən verilən məlumata görə, TBMM sədri İsmayıl Qəhrəman Fuad Muradovla bir çox məsələlərlə bağlı fikir mübadiləsi aparıb.

İsmayıl Qəhrəman görüşdə Qarabağ məsələsinə  toxunub və bildirib ki, “Qarabağ bizim milli məsələmizdir. Nə yazıq ki, dünyanın gözü önündə böyük haqsızlıq yaşanmaqdadır. Dünya bu və buna bənzər haqsızlıqlara qarşı seyrçi qalmamalıdır”. Komitə sədri Fuad Muradovisə hər bir azərbaycanlının qəlbinin Türkiyə ilə çırpındığını bildirib. O, deyib ki, “inanıram ki, bu ürəklər  birləşib böyük işlər görəcək”.

F. Muradov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən işlərin iki ölkənin gələcəyi üçün edildiyini qeyd edib. Komitə sədri əlavə edib ki, “insanlarımız arasında böyük körpülər var. Bu körpülər ulu öndər Heydər Əliyev tərəfindən qurulub. Bunlar sülh və dostluq körpüləridir”.

Fuad Muradovun səfəri Türkiyə mediasında  geniş işıqlandırılıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar