Türkiyə qərar DƏYİŞDİRDİ: Rusiyanın S-400-lərini almaqdan imtina etməyəcək

Türkiyə qərar DƏYİŞDİRDİ: Rusiyanın S-400-lərini almaqdan imtina etməyəcək
Want create site? Find Free WordPress Themes and plugins.

Ankara Rusiyadan S-400 zenit-raket komplekslərini almaqdan imtina etməyəcək.

A24.Az-ın Trend-ə istinadla məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Qeyd edək ki, ötən gün ABŞ Senatı 2018-ci il üçün müdafiə büdcəsinin layihəsini qəbul edib və bu büdcə layihəsində Türkiyənin F-35 qırıcılarının istehsalı prosesində iştirakının dayandırılması nəzərdə tutulub. Bu addım rəsmi Ankaranın S-400 komplekslərini almaq niyyəti ilə əlaqələndirilib.

M.Çavuşoğlu bildirib ki, sünu böhranlar yaratmaq Qərbin tərzidir: “Onlar hesab edir ki, istəsələr satacaqlar, istəməsələr də satmaya bilərlər. Türkiyə bu cür münasibətlər sistemindən çıxıb. Hansı qanunlara əsasən S-400 alınmasına görə sanksiya tətbiq etməyə hazırlaşırsınız? Bu, düzgün yanaşma deyil və münasibətlərdə böhrana gətirib çıxaracaq. Biz S-400 almışıq, gəlin mövzunu bağlayaq”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar