A24 Xeber

Türkiyə Rusiya əməkdaşlığı milli valyutalara keçir

Türkiyə Rusiya əməkdaşlığı milli valyutalara keçir
57
04 Sentyabr 2018 - 19:23

Rusiyalı avtomobil istehsalçıları Türkiyə ilə tədarük hesablaşmalarında milli valyutalara keçməyi planlaşdırır.

A24.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın sənaye və ticarət naziri Denis Manturov deyib.

Onun sözlərinə görə, türkiyəli istehsalçılar da milli valyutada hesablaşmalara keçməkdədir.

Eyni zamanda nazir bildirib ki, hazırda iki ölkənin avtomobil istehsalçıları arasında rubl və ya lirə ilə ödəmələr baş tutmayıb:

“Bir ay əvvəl biz öz türkiyəli həmkarlarımızla bu barədə danışıqlar aparmışıq. İstehsalçılar yaxın zamanlarda bu cür əməliyyatlara keçməyə hazırlaşır”.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00