Türkiyə Rusiyadan "Su-57" qırıcı təyyarələri ala bilər

Türkiyə Rusiyadan “Su-57” qırıcı təyyarələri ala bilər
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə ABŞ istehsalı olan “F-35” qırıcılarının əvəzində Rusiyanın “Su-57” qırıcılarını ala bilər.

Bu barədə “Yeni Şafak” qəzeti mötəbər mənbəyə istinadən məlumat yayıb.

Əgər ABŞ Rusiyadan “S-400” zenit-raket komplekslərinin alınması ilə əlaqədar “F-35”-lərin Türkiyəyə satışına mane olarsa, bu halda Ankara Rusiyadan “Su-57” qırıcılarının alınmasına dair qərar qəbul edə bilər.

 Qeyd edək ki, 2017-ci ilin dekabrında Türkiyə və Rusiya “S-400”-lərin Türkiyəyə satışı ilə bağlı kredit müqaviləsi imzalayıb. Türkiyə Rusiyadan iki “S-400” batareyası alacaq. Tərəflər “S-400”-lərin Türkiyədə istehsalı sahəsində də əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Rusiyadan “S-400”-lərin alınması məsələsi ilə bağlı ABŞ və NATO rəsmiləri dəfələrlə Türkiyəni tənqid ediblər. ABŞ dövlət katibinin köməkçisi Uess Mitçell bildirib ki, “S-400”-lərin alınması Türkiyədən ABŞ-dan “F-35” tədarük etməsinə mənfi təsir göstərəcək. ABŞ Nümayəndələr Palatası da Rusiyadan “S-400”-lər alınacağı təqdirdə Türkiyəyə “F-35” qırıcılarının satışına qadağa qoyulması barədə qanun layihəsini qəbul edib. Qanun layihəsi növbəti mərhələdə Senatda müzakirəyə çıxarılacaq. Yekun mərhələdə isə bu sənədi ABŞ prezidenti imzalamalıdır. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, əgər ABŞ “F-35” qırıcılarının satışına mane olarsa, Ankara cavab addımları atacaq. //APA
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar