Türkiyə Rusiyaya kömək etdi - Pilotun nəşini ölkəsinə apardı

Türkiyə Rusiyaya kömək etdi – Pilotun nəşini ölkəsinə apardı
Want create site? Find Free WordPress Themes and plugins.

Suriyanın İdlib şəhərində terrorçular tərəfindən vurulmuş “Su-25” hərbi təyyarənin pilotunun nəşi Rusiyaya qaytarılıb.

“A24.az” xəbər verir ki, pilot Roman Filippovun cənazəsi Türkiyənin köməyi ilə Suriyadan Rusiyaya aparılıb. Faktı Rusiyanın Müdafiə Nazirliyi təsdiqləyib.

“Pilotumuzun gətirilməsində Türkiyə bizə yardım etdi” – deyə Rusiya tərəfi məlumat yayıb.

Qeyd edək ki, Rusiyaın Müdafiə Nazirliyi İdlib səmasında vurulmuş “Su-25” təyyarəsinin qalıqlarının qaytarılması üçün Türkiyədən kömək istəmişdi.

Xatırladaq ki, fevralın 3-də Rusiyaya məxsus “Su-25” təyyarəsi İdlibdə vurulub. Katapult edə bilən pilot Roman Filippov yerə sağ ensə də, silahlılar tərəfindən əhatə olunduğundan əsir düşməmək üçün özünü qumbara ilə partladıb. Pilot ölümündən sonra “Rusiya Qəhrəmanı” adına layiq görülüb.

Azvision.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar