A24 Xeber

Türkiyə “S-400” almaq üçün kimdənsə icazə almaq niyyətində deyil

Türkiyə “S-400” almaq üçün kimdənsə icazə almaq niyyətində deyil
31
02 Sentyabr 2018 - 16:50

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsi Rusiyadan “S-400” zenit raket sistemlərinin alınması məsələsində kimdənsə icazə almaq niyyətində deyil.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, prezident bu bəyanatla Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən biznes-forumda çıxış edib.

“Biz Rusiya ilə “S-400″ ilə bağlı saziş imzalamışıq və bu, bəzilərini narahat edir. Üzrlü sayın, amma biz heç kimdən icazə almaq fikrində deyilik”, – deyə nəşr onun sözlərini sitat gətirib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00