Türkiyə S-400-dən başqa hansı rus silahı ilə maraqlanır? - AÇIQLAMA

Türkiyə S-400-dən başqa hansı rus silahı ilə maraqlanır? – AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

Ərdoğan Ankarada Putinlə keçirdiyi görüşdən sonra S-400 raket əleyhinə müdafiə sistemləri ilə yanaşı, Rusiya ilə müdafiə sənayesi sahəsində başqa müqavilələrdə də imzalaya biləcəklərini deyib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Elmlər Akademiyasından Beynəlxalq İqtisadi Münasibətlər İnstitutundan Viktor Nadein-Rayevski məsələ ilə bağlı açıqlama verib: ”

S-400lər satdığımız yeganə silahlar deyil. Türkiyə ilə S-400 üzərindəki əməkdaşlığımız, ABŞ-ın F-35 təyyarələrinin satın alınması mövzusunda sual işarələri yaradır. ABŞ təyyarələrin Türkiyəyə göndərilməyəcəyi istiqamətində təhdid edir. Bu arada Türkiyə, Rusiya müdafiə sistemi alan ilk ölkə deyil. Yunanıstan, daha əvvəl S-300 sistemini almış və Kiprə yerləşdirmişdi” deyə Viktor Nadein-Rayevski əlavə edib.

Rayevski, Türkiyənin zirehli maşınların alıb almayacağı istiqamətindəki suala “Bu texnikalar Türkiyədə kifayət qədər var. Özləri bunları istehsal edə bilərlər”, – deyə bildirib.

Rayevski, Türkiyənin maraqlanacağı silahlarla bağlı “Raket əleyhinə müdafiə sistemləri, çox lüləli minaatanlar… Rusiyada istehsal olunan bu silahlar, xüsusiyyətləri baxımından düşmənlərimizin sistemlərindən geridə deyil” ifadələrini işlədib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar