Türkiyə “S-400” sistemlərini almaqdan imtina etməyəcək

Türkiyə “S-400” sistemlərini almaqdan imtina etməyəcək
Want create site? Find Free WordPress Themes and plugins.

“Türkiyə Rusiyadan “S-400” sistemlərini almaqdan imtina etməyəcək”.

“A24.az”ın məlumatına görə, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın “Bloomberg” telekanalına müsahibəsi zamanı ABŞ-ın Türkiyəyə qarşı Ankaranın Rusiyadan “S-400” sistemlərini almaq məsələsi ilə bağlı sanksiyalar tətbiq etməsi imkanını şərh edərkən bildirib.

İ.Kalın bildirib: “Türkiyə suveren ölkə kimi belə məsələlər üzrə müstəqil qərarlar qəbul etmək hüququ var. Türkiyə haradan və hansı müdafiə sistemləri və texnologiyaları alacağına özü qərar verir”.

Onun sözlərinə görə, Vaşinqton Türkiyəyə qarşı sanksiyalar tətbiq edərsə buna müvafiq cavab veriləcək. İ.Kalın qeyd edib ki, ABŞ-ın belə bir addımı yalnız ikitərəfli münasibətlərə ziyan vuracaq və Türkiyə öz mövqeyindən geri dönməyəcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar