A24 Xeber

Türkiyə Şimali Kipr vətəndaşını təltif etdi – FOTO

Türkiyə Şimali Kipr vətəndaşını təltif etdi – FOTO
19
01 Sentyabr 2018 - 13:46

Ankarada Milli Müdafiə Universiteti Orkestr Peşə Məktəbi Komandanlığında buraxılış mərasimi keçirilib.

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tədbirdə dövlət çevrilişi cəhdindən sonra bağlanan, daha sonra Milli Müdafiə Universiteti nəzdində açılan məktəbdə tək məzun olan Orkestr Çavuş Batuhan Karaoğlana məzun diplomu verilib.

Orkestr məktəbinin yeganə məzunu olan Şimali Kipr vətəndaşı Orkestr Çavuş Batuhan Karaoğlan da mərasimdə çıxışı zamanı, bu gün qürur və həyəcan yaşadığını söyləyib: “Bu günlərə çatmağımız üçün imkan və dəstəklərini əsirgəməyən, bizləri yetişdirmək üçün hər cür fədakarlığı edən komandirlərimə və bu xoşbəxt gündə mənimlə eyni sevinci, həyəcanı və qüruru bölüşən, məni hər zaman sevən ailəmə, hörmətimi və sonsuz təşəkkürlərimi bildirirəm. Bu yerdə keçirdiyim müddət ərzində gözəl xatirələrim oldu, səmərəli illər keçirmişəm. Hərbi peşənin incəliklərini və çox məsuliyyətli bir peşə olduğunu öyrəndim”, – deyə o bildirib.

Orxan Aslanlı, A24.Az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00