Türkiyə Süleyman Şah Türbəsini əvvəlki yerinə qaytarır

Türkiyə Süleyman Şah Türbəsini əvvəlki yerinə qaytarır
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə 2015-ci ilin fevralında “Şah Fırat” əməliyyatı ilə başqa əraziyə köçürdüyü Süleyman Şah Türbəsini əvvəlki yerinə qaytarır.

A24.Az xəbər verir ki, köçürülmə əməliyyatı PKK-nın Suriyanın Münbiç bölgəsindən çıxmasından sonra baş tutacaq.

Hazırda Suriyanın Əşmə kəndinə qorunan türbə terrorçuların geri çəkilməsindən sonra Karakozak bölgəsindəki yerinə qaytarılacaq.

Xatırladaq ki, Türkiyə 2015-ci ilin fevralında İŞİD təhlükəsinə görə, türbəni Suriyanın Hələb vilayətindəki Əşmə kəndinə köçürüb.

Qeyd edək ki, ABŞ-la Türkiyə arasında əldə olunmuş razılığa görə, PKK Suriyanın şimalındakı Münbiçi tərk edəcək. Həmin ərazidə Türkiyə 6, ABŞ isə 5 müşahidə postu quracaq.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar