Türkiyə Super Liqasının püşkü atılıb

Türkiyə Super Liqasının püşkü atılıb
Want create site? Find Free WordPress Themes and plugins.

Futbol üzrə Türkiyə Super Liqasında 2018-2019 mövsümünün püşkü atılıb. 

Avqustun 10-da start götürəcək çempionat 2019-cu il mayın 29-da başa çatacaq.

Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin yer aldığı “Trabzonspor” klubu ilk turda səfərdə “Başakşehir”lə üz-üzə gələcək.

Son çempion “Qalatasaray” səfərdə “Ankaragücü” ilə qarşılaşacaq. “Beşiktaş” və “Fənərbağça” isə ilk oyunlarını doğma meydanda keçirəcəklər. Onlar müvafiq olaraq “Akhisarspor” və “Bursaspor”u qəbul edəcəklər.

Türkiyə Super Liqasında derbi tarixləri də açıqlanıb:

IV tur: “Trabzonspor” – “Qalatasaray”

VI tur: “Fənərbağça” – “Beşiktaş”

XI tur: “Qalatasaray” – “Fənərbağça”

XIII tur: “Trabzonspor” – “Fənərbağça”

XIV tur: “Beşiktaş” – “Qalatasaray”

XVI tur: “Beşiktaş” – “Trabzonspor”

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar