Türkiyə Superliqasında son 10 ilin ən yaxşı baş məşqçiləri açıqlandı - SİYAHI

Türkiyə Superliqasında son 10 ilin ən yaxşı baş məşqçiləri açıqlandı – SİYAHI
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə Superliqasında son 10 ilin ən yaxşı baş məşqçiləri açıqlanıb.

A24.Az APA-ya istinadən xəbər verir ki, Fatih Terim ölkənin ən güclüsü seçilib.

Həmkarlarımız Superliqa təmsilçilərində 10 il ərzində orta hesabla hər matçda topladıqları xalların sayına görə ən yaxşıları müəyyənləşdiriblər. Türkiyədə yalnız “Qalatasaray”ı çalışdırmış Fatih Terim bu müddətdə hər oyunda orta hesabla 2,20 xal toplayıb. Onu sabiq “Fənərbaxça”lı Kristof Daum izləyib. “Beşiktaş”ın keçmiş baş məşqçisi Slaven Biliç isə ilk “üçlüy”ü qapayıb.

 Son 10 ilin ən yaxşı 20 məşqçisi:

1. Fatih Terim (2,20 xal)

2. Kristof Daum (2,09 xal)

3. Slaven Biliç (1,95 xal)

4. Mustafa Dənizli (1,94 xal)

5. Şenol Günəş (1,88 xal)

6. İsmail Kartal (1,67 xal)

7. Aykut Kocaman (1,66 xal)

8. Abdullah Avcı (1,61 xal)

9. Ərtuğrul Sağlam (1,61 xal)

10. Ərsun Yanal (1,54 xal)

11. Hamza Hamzaoğlu (1,50 xal)

12. Bülənt Uyqun (1,47 xal)

13. Mixael Skibbe (1,41 xal)

14. Rıza Çalımbay (1,40 xal)

15. Sərgən Yalçın (1,39 xal)

16. Tolunay Kafkas (1,37 xal)

17. Şota Arveladze (1,36 xal)

18. Safet Susiç (1,36 xal)

19. Mustafa Reşit Akçay (1,33 xal)

20. Roberto Karlos (1,29 xal)

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar