Türkiyə və Fransa prezidentləri Suriya məsələsini müzakirə ediblər

Türkiyə və Fransa prezidentləri Suriya məsələsini müzakirə ediblər
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Bu barədə Türkiyənin “Sabah” qəzeti diplomatik mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, dövlət başçıları danışıqlarda Suriya məsələsini müzakirə ediblər. Türkiyə Prezidenti fransalı həmkarına Suriya böhranının siyasi yolla nizamlanması zəruriliyini bildirib.

“Prezident Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla telefonla danışıb. Danışıqların gedişində tərəflər ABŞ-ın və onun müttəfiqlərinin Suriyadakı əməliyyatını müzakirə ediblər. Cənab prezident (Rəcəb Tayyib Ərdoğan – red) ölkənin (Suriyanın) dinc əhalisinə qarşı kimyəvi silahın tətbiqinin yolverilməzliyini qeyd edib. Prezidentimiz həmçinin Suriya böhranının siyasi yolla nizamlanmasının vacibliyini qeyd edib, – deyə qəzet diplomatik mənbədən sitat gətirib. //report

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar