A24 Xeber

Türkiyə və Rusiyadan ikitərəfli Suriya iclası

Türkiyə və Rusiyadan ikitərəfli Suriya iclası
20
05 Sentyabr 2018 - 12:43

“Suriya məsələsində Türkiyə və Rusiya İşçi Qrupları arasında danışıqların sonuncusu 31 avqust – 4 sentyabrda Ankarada keçirilib”.

A24.Az Türkiyə mediasına istinadən xəəbər verir ki, bu haqda məlumat Türkiyə Milli Müdafiə Nazirliyindən verilib.

Milli Müdafiə Nazirliyi Suriya məsələsində Türkiyə və Rusiya İşçi Qrupları arasında danışıqların sonuncusunun aparıldığı bildirilib: “Suriyadakı proseslər və regional təhlükəsizlik məsələlərinə istiqamətlənən Türkiyə və Rusiya İşçi Qrupları arasında danışıqların sonuncusu 31 avqust – 4 sentyabr 2018-ci il tarixləri arasında Ankarada icra edilib”.

Açıqlamada məsələ ilə bağlı müştərək işlərin gələcək dövrdə də davam edəcəyi bildirilib.

Orxan Aslanlı / A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00