A24 Xeber

Türkiyə vətəndaşı Azərbaycanda komaya düşüb öldü

Türkiyə vətəndaşı Azərbaycanda komaya düşüb öldü
37
10 Sentyabr 2018 - 15:23

Ağdaş rayonunda Türkiyə vətəndaşı ölüb.

“A24.az” xəbər verir ki, hadisə şəhərin mərkəzindəki kirayə evlərdən birində baş verib.

1954-cü il təvəllüdlü Dürser Mehmet Bülent Nurəddin oğlu sentyabrın 9-da kirayə yaşadığı evdə şəkərli diabet xəstəliyindən halı pisləşib və komaya düşüb.

Komatoz vəziyyətdə Ağdaş Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən xəstəyə ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Türkiyə vətəndaşı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00