A24 Xeber

Türkiyə XİN Rusiyadan izahat istəyib

Türkiyə XİN Rusiyadan izahat istəyib
70
30 Yanvar 2018 - 23:18

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) terrorçu Mihrac Uralın Soçi konqresində iştirak etməsi ilə bağlı Rusiyadan izahat istəyib.

A24.Az xəbər verir ki, tədbirdə iştirak edən Türkiyənin nümayəndə heyəti 2013-cü ildə Reyhanlıda 52 nəfərin ölümü ilə nəticələnən terror hücumunda iştirak etmiş Türkiyə Xalq Qurtuluş Partiyasının üzvü Mihrac Uralın Soçi konqresinin iştirakçıları arasında olmasını narazılıqla qarşılayıb.

Türkiyə tərəfi tədbirin təşkilatçısı olan Rusiya tərəfindən bununla bağlı izahat istəyib. Bildirilir ki, tədbirin təşkilatçıları Rusiyanın Xarici İşlər və Müdafiə Nazirlikləri olub.

Rusiya tərəfi məsələnin araşdırılacağını və bununla bağlı açıqlama veriləcəyini bildirib.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00