A24 Xeber

Türkiyə XİN: Yunanıstan dövlətə xəyanət edən hərbçilərə qucaq açdı

Türkiyə XİN: Yunanıstan dövlətə xəyanət edən hərbçilərə qucaq açdı
32
05 İyun 2018 - 23:29

Yunanıstana qaçan 8 dövlət çevrilişinə cəhd edən əsgərin hamısının sərbəst buraxılmasından sonra Ankara-Afina gərginliyi yenidən aktivləşib.

A24.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Həmid Aksoy, “Yunanıstana qaçan 8 dövlət çevrilişinə cəhd edən əsgərlərin hamısının sərbəst buraxılması” haqqındakı suala belə cavab verib: “Yunanıstanın 15 İyul xain çevriliş cəhdində iştirak edən 8 fərarinin ölkəmizə ekstradisiyasını dəfələrlə rədd etməsini və xainlərdən birini sərbəst buraxaraq, sığınacaq hüququ tanımasını pisləmişik və Yunan ədliyyəsinin bu tərəfli qərarına bənzər səhvləri təkrar etməməsini gözlədiyimizi açıqlamışdıq. Bu addımı atmaqla Yunanıstan “darbeci”lərə təhlükəsiz məkan təmin edən bir ölkə olduğunu birmənalı olaraq ortaya qoyu. Demokratiyanın beşiyi olduğunu iddia edən bir ölkənin, qonşu ölkədə demokratiya yıxmaq üçün dövlət çevrilişinə cəhd göstərən vətən xain azad etməsi nə beynəlxalq hüquqa, nə də qonşuluq hüququna uyğun gəlir. Bu xainlərin ölkəmizdə mühakimə olunmaları barədə qətiyyətimizi israrla davam etdirəcəyik”, – deyə H.Aksoy bildirib.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00