Türkiyə yarım saata Afrinə girər... - "Zeytun budağı" əməliyyatının 11-ci günü

Türkiyə yarım saata Afrinə girər… – “Zeytun budağı” əməliyyatının 11-ci günü
Want create site? Find Free WordPress Themes and plugins.

İngiltərəinin nüfuzlu qəzetlərindən biri olan “The İndependent”in Orta Şərq bölgəsi üzrə təcrübəli jurnalisti Robert Fisk Türkiyənin 11 gün bundan əvvəl başlatdığı “Zeytun budağı” əməliyyatının Afrin  bölgəsindəki təəssüratlarını yazıb.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, jurnalist Fisk “geri çəkildilər” deyilən rus əsgər polislərin gündüzlər Afrində gəzdiklərindən yazıb.

Robert Fisk təəssüratlarını yazarkən “Afrində kürd savaşçıların nəyi təmsil etdiklərini bilmək çox çətindir” deyə bildirib.

Muxtariyyət istəyirlər…

Müxbirin sözlərinə görə, şəhərdəki kürdlər Suriyadakı insanları loyallığa yönəldir və İraq kürdləri ilə əlaqələrini də inkar etməyə çalışırlar. Buna inanmayan Fisk “kürdlərin fikri müxtariyyətdir, bunu bəyan etməlidirlər” deyə qeyd edib.

Ruslar gün boyu ziyarət edir…

Fisk YPG-lilərlə söhbət zamanı ən çox yer verdiyi ifadələr bunlardır:

“Xəbər agentlikləri və çoxlu sayda insan bizə rusların Afrini tərk etdiklərini bildirdi. Ancaq ruslar hələ də burdadır. Ən azından gündüzlər… Hələb və Afrinin sərhəddində ruslara aid zirehli tank gördüm. Üzərində rus və ərəb dilində “əsgər-polis” yazılmışdı. Ancaq qarşısında ikibaşlı qartal var idi. Bir  YPG-li mənə “böyük bazalardan çıxdılar” dedi, daha sonra zarafatyana bir dillə “ancaq gün ərzində bizi ziyarət edirlər”bildirdi”.

Türkiyə yarım saata Afrinə girər…

“Bir YPG-liyə dedim ki, “əgər Türkiyə prezidenti bütün ordusunu və Azad Suriya Orodusunu Afrin vilayətinə yığsa, yarım saata şəhərə girərlər”. O da mənimlə həmfikir oldu.

Burda “nəzarət” abu-havası var. Kürdlər, əlbəttə, ictimaiyyət qarşısında olmasa da, ruslarla əlaqələrini gözəl şəkildə davam etdirir. Geyimləri, vəziyyətləri, hər şeyi yerində olan rus əsgər polisləri hər gün Afrini ziyarət edir” deyən Fisk Rusiyanın bölgədəki vəziyyəti yaxından izlədiyini altından xətt çəkərək vurğulayıb.

“Zeytun budağı” əməliyyatının 11-ci günü

Qeyd edək ki, bu gün Afrində həyata keçirilən “Zeytun budağı” əməliyyatının 11-ci günüdür.

“A24.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrindən (TSK) əməliyyatla bağlı açıqlama gəlib.

Verilən açılamada əməliyyat zamanı 649 terrorçunun öldürüldüyü deyilir.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Media
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar