Türkiyə Yunanıstanı Egey dənizindəki gərginliyi azaltmağa çağırdı

Türkiyə Yunanıstanı Egey dənizindəki gərginliyi azaltmağa çağırdı
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin baş naziri Binəli Yıldırım yunanıstanlı həmkarı Aleksis Tsipras ilə telefon danışığı zamanı Afinanı Egey dənizində iki ölkə arasında yaranmış gərginliyi azaltmağa çağırıb.

A24.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Binəli Yıldırım Aleksis Tsiprasa

Egey dənizindəki vəziyyətlə əlaqədar narahatlığını bildirib.  Baş nazirlər problemin dialoq yolu ilə həll olunmasının vacibliyini qeyd edərək, hər iki ölkənin hərbi qurumlarının nümayəndələri arasında məsələ ilə bağlı görüşün keçirilməsinə dair razılığa gəliblər.

Qeyd edək ki, ötən gün Egey dənizindəki mübahisəli adaların yaxınlığında Türkiyəyə məxsus patrul kateri Yunanıstanın Sahil Mühafizə gəmisi ilə toqquşub. İnsident nəticəsində xəsarət alan olmayıb.

Yunanıstan tərəfi insidentlə əlaqədar etiraz bildirərək, Türkiyə səfirini XİN-ə çağırıb.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan insidentdə görə məsuliyyəti Yunanıstan tərəfinin üzərinə qoyub.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar