A24 Xeber

Türkiyə zərurət yaranacağı təqdirdə S-400-ləri tətbiq edəcək

Türkiyə zərurət yaranacağı təqdirdə S-400-ləri tətbiq edəcək
18
13 İyun 2018 - 1:50

Türkiyə zərurət yaranacağı təqdirdə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini tətbiq etmək niyyətindədir.

“Hürriyet” qəzetinin yazdığına görə, bunu çərşənbə axşamı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz S-400-ləri sadəcə alıb anbara qoymayacağıq. Zərurət yaranacağı təqdirdə onlardan istifadə edəcəyik. Bunlar müdafiə sistemləridir, onlarsız nə edəcəyik? Yenidən ABŞ-a ümid olacağıq?”, – deyə Türkiyə lideri İstanbulda bir sıra yerli kütləvi informasiya vasitələrinə müsahibəsi zamanı bildirib.

O həmçinin xatırladıb ki, Ankara bir neçə il buna bənzər sistemləri Vaşinqtondan istəyib, lakin cavabında ABŞ Konqresi tərəfindən buna qadağa qoyulub.

“Bu vəziyyət bizi yordu. Rusiya bizim sorğumuza kifayət qədər cəlbedici təkliflə cavab verdi. Onlar dedilər ki, bunu hətta birgə istehsal da edə bilərlər, həmçinin bizə yaxşı kredit şərtləri təklif olundu”, – deyə Ərdoğan əlavə edib. //report

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00